|
|
| Bahəddin Həziyev Siyasi təbiətin problemləri | ![]() |
| Elçin Rüstəmli Qarabağ razılaşmasının pərdəarxası | ![]() |
| Müşfiq TOFİQOĞLU Azərbaycanı iqtisadi böhran hədələyir | ![]() |
| Pərviz Həşimli Yusif Bağırzadə ilə seçkiyə… | ![]() |
| Məmməd Süleymanov “Rəhbərə ehtiram”ın “səmimi peşmançılığ”ı | ![]() |
| Gülnarə RƏFİQ Kitab ziyankarlığı | ![]() |
| Hüseyn BAKUVİ Burada və indi | ![]() |
| Həmid HERISÇİ REYTİNQİN QURBANLARI | ![]() |
| Ramin Əli Yaxşı xəbər | ![]() |
| Aynur ELGÜNƏŞ “Sən tək deyilsən”, Hadı müəllim! | ![]() |
18 -08 -2009 . “Bakcell”dən tələbələrə dəstək
Şirkət müxtəlif universitetlərin tələbələrinə şirkətdə təcrübə keçmək imkanı yaradacaq Azərbaycanın aparıcı mobil operatorlarından olan Bakcell şirkəti ölkənin texniki universitetlərinin tələbələrinə dəstək məqsədilə yeni təşəbbüsə imza atır. Bu təşəbbüsün bir hissəsi olaraq, Bakcell müxtəlif universitetlərin tələbələrinə şirkətdə təcrübə keçmək imkanı yaradacaq. Bu proqram, tələbələrə şirkətlə və ümumiyyətlə, telekommunikasiya sənayesi ilə tanış olmağa imkan verəcək. Bu məqsədlə Bakcell şirkəti Junior Achievements Azerbaijan (JAA) ilə razılaşma imzaladı. Junior Achievements - gənclərə işə hazırlığı və sahibkarliğı öyrədən dünyanın nüfuzlu təşkilatlarından biridir. Bakcell və JAA müştərək olaraq, tələbələr üçün nəzərdə tutulmuş “Mobil Telekom sənayesi ilə tanışlıq” adlı tədris materialı hazırlayacaqlar. Təlim proqram çərçivəsində daha çox uğur qazanmış tələbələr, sonradan Bakcell-də bir müddət təcrübə keçəcək və şirkətin müxtəlif sahələri ilə tanış olmaq imkanı əldə edəcəklər. Bakcell-in baş ofisində baş tutmuş imzalanma mərasimində şirkətin baş direktoru xanım İneke Botter deyib: “Biz inanırıq ki, bu günün tələbələri Azərbaycanın gələcəyidir. Biz bu gələcəyə yatırım edirik. Bununla da biz azərbaycanlı tələbələrə müasir dünyanın ən cəlbedici sənaye sahəsi ilə tanış olmağa və bu sahədə mövcud olan iş imkanlarını dərk etməyə kömək edirik”. Oxunub: 455 dəfə. |


































