|
|
![]() | Medevdev Bakıda kortejini 3 milyona sığortalatdırıb |
![]() | Mərkəzi Bank hara köçürülür? |
![]() | Novruz Məmmədov hələ də AMİP- üzvüdür |
![]() | YAP-ın qorxulu sirri… |
| Bahəddin Həziyev Siyasi təbiətin problemləri | ![]() |
| Elçin Rüstəmli Qarabağ razılaşmasının pərdəarxası | ![]() |
| Müşfiq TOFİQOĞLU Azərbaycanı iqtisadi böhran hədələyir | ![]() |
| Pərviz Həşimli Müfəttişlər və inəklər | ![]() |
| Məmməd Süleymanov Afrika və biz | ![]() |
| Gülnarə RƏFİQ Bir ovuc torpaq həsrəti | ![]() |
| Hüseyn BAKUVİ Hakimiyyət magiyası | ![]() |
| Həmid HERISÇİ HAUSXOFFERİN QÖVSÜ | ![]() |
| Ramin Əli Yaxşı xəbər | ![]() |
| Seymur Əlioğlu Saxta və təmiz söhbət | ![]() |
| Aynur ELGÜNƏŞ “Sən tək deyilsən”, Hadı müəllim! | ![]() |
| İlyas ISMAYILOV İftixar hissi yaradan tarix | ![]() |
| Elxan HƏSƏNLİ Şimal cəbhəsi | ![]() |
29 -07 -2010 . «Partiyaların birliyi həm də məndən asılıdr»
Arif Hacılı: «Görsəm ki, başqanlığa namizədliyim demokratik qüvvələrin maraqlarına uyğun deyil, o zaman geri çəkiləcəm» «Biz Müsavatla AXCP-nin bir arada olmasını arzu edirik. Ancaq deyə bilmərəm ki, bu istisnasız belə olmalıdır»
- AXCP - Müsavat seçki blokunun yaradılması ilə bağlı aparılan müzakirələr hansı səviyyədədir? - İntensiv müzakirələr gedir. Biz bir blokda namizədlərin razılaşdırılması, müəyyənləşdirilməsi istiqamətində işləyirik. Hələlik proses davam edir. Biz belə qərara gəlmişik ki, bütün seçki dairələri üzrə razılaşma əldə olunduqdan sonra bu barədə mətbuata açıqlama verək. - Seçki blokunun formatını necə görürsünüz, sizcə orada kimlər təmsil olunmalıdır? - Biz uzun müddətdir ki, Demokratiya Uğrunda İttifaqla (DUİ) müttəfiqlik edirik, ən azı siyasi blok yaratmaq istiqamətində müzakirələr aparmışıq. Bu münasibətlər bir xeyli irəli gedib. Təbi ki, biz əvvəllərdə AXCP-nin bu prosesdə iştirakını arzu etmişik. Ancaq müəyyən nüanslar mövcuddur. Hər halda biz çalışacağıq ki, həm DUİ, həm də AXCP ilə seçki fəaliyyətimizin koordinasiyasına nail olaq. Bunun blok şəklində, yoxsa ayrı-ayrı dairələrdə namizədlərin müdafiə olunması şəklində olacağını isə zaman göstərəcək. - Ancaq AXCP DUİ ilə bir blokda olmayacağını bəyan edir. Siz isə DUİ ilə müttəfiqliyin davam etdiriləcəyini deyirsiniz. Bu mövqe münasibətlərin arzuolunmaz səviyyəyə gətirib çıxara bilməzmi? - Yaxşı haldır ki, AXCP DUİ ilə bir yerdə olmaqdan imtina etməsinə baxmayaraq Müsavatın DUİ ilə müttəfiqlik münasibətlərinə loyal yanaşır. Ona görə düşünürəm ki, əgər tərəflər xoş məram göstərsələr hansısa ortaq məxrəcə gəlmək mümkün ola bilər. - Sizin AXCP Müsavat ittifaqı ilə bağlı fikirləriniz “Azadlıq” bloku dağılmazdan öncə başqa cür idi. O zaman “Azadlıq Radiosu»na müsahibənizdə qeyd edirdiniz ki, AXCP ilə Müsavat istisnasız bir olmalıdır, amma indi deyirsiniz ki, bu prosesdə DUİ-də iştirak etməlidir. Bu fərqlilik nəyin əlamətidir? - Mən heç vaxt belə bir ifadə işlətməmişəm və indi də bunu işlədə bilmərəm. Mən deyə bilərəm ki, bu arzu olunandır. Yəni biz Müsavatla AXCP-nin bir arada olmasını arzu edirik. Ancaq deyə bilmərəm ki, bu istisnasız belə olmalıdır. Çünki bu mənim iradəmdən kənar məsələdir. İş orasındadır ki, biz “Azadlıq” blokunun dağılmasını şərt kimi irəli sürməmişik. Əvvəldən bəyan etmişik ki, AXCP “Azadlıq” blokundakı qüvvələrlə öz müttəfiqliyini davam etdirə-etdirə Müsavatla seçki prosesində əməkdaşlıq edə bilər. Bizim mövqeyimizin “Azadlıq” blokuna aidyyəti olmayıb və biz heç vaxt AXCP-yə “Azadlıq” blokundakı müttəfiqləri ilə münasibətləri kəsmək tələbi irəli sürməmişik. Əksinə, qeyd etmişik ki, bu vəziyyətdə də AXCP ilə əməkdaşlıq edə bilərik. Biz bunu bütün dövrlərdə qeyd etmişik və indi də bu mövqedəyik. DUİ ilə Müsavatın əməkdaşlığının isə bir neçə aylıq tarixi var. Müsavat Partiyası, DUİ və “Azadlıq” blokunun birgə məsləhətləşmələrə başlaması və bu zaman ilkin şərt irəli sürülmədən, sadəcə vəziyyətin müzakirəsi təklif olunurdu. Biz bu təklifi müsbət qarşıladıq. “Azadlıq” bloku isə Müsavatla münasibətlərdə psixoloji problemlərin olduğu arqumentini irəli sürərək məsləhətləşmələrə hazır olmadığını bəyan etdi. Baxmayaraq ki, blok həmin zaman DUİ ilə münasibətlərində problem olmasına dair hər hansı bir arqument səsləndirmirdi. Bundan sonra biz DUİ ilə əməkdaşlıq münasibətlərinə başladıq, seçkilər dövründə əməkdaşlıq, namizədlər məsələsində razılaşma məsələləri gündəmə gəldi. Biz bütün dövrlər də AXCP ilə əməkdaşlığa hazır olduğumuzu bəyan etmişik. Çox yaxşıdır ki, bizim bu istiqamətdəki təklifimizi AXCP müsbət dəyərləndirdi və hazırda seçkilərlə bağlı bu təşkilatla məsləhətləşmələr aparırıq. Bizim mövqeyimizdə heç vaxt dəyişiklik baş verməyib və kimsə bunu iddia etməkdə haqlı deyil. - AXCP - Müsavat münasibətləri irəli gedib, yoxsa Müsavat -DUİ münasibətləri? - Əlbəttə ki, Müsavat - DUİ münasibətləri daha uzunmüddətlidir və biz artıq bir çox dairələrdə namizədlərimizi razılaşdırmışıq və s. Ancaq bu o demək deyil ki, Müsavat AXCP ilə çox irəli gedən əməkdaşlığa nail ola bilməz. Biz AXCP ilə vahid seçki blokunun yaranmasını mümkün hesab edirik və bu istiqamətdə çalışırıq. Elə bir neçə saat əvvəl AXCP-nin irəli sürdüyü namizədlərlə Müsavatın irəli sürdüyü namizədlərin müqayisə və müzakirəsini aparmışıq, hansı dairələrdən güzəştə getməyin mümkün olub-olmadığı istiqamətində saatlarla işləmişik. Bu, Müsavatdaxili müzakirələr idi. Biz Müsavat - AXCP münasibətlərinin yaxşılaşmasına, irəli getməsinə ciddi məsələ olaraq yanaşırıq. Biz bunu ölkədə siyasi dönüşə nail olmanın şərtlərindən biri ola biləcəyinə ümid bəsləyirik. Bu istiqamətdə fəaliyyət davam edir. - Sonuncu dəfə AXCP-ilə hansı mövzuda müzakirələr aparmısınız? - Mən dünən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə görüşərək iyulun 31-də keçirilməsi planlaşdırılan etiraz aksiyasının taktikası ilə bağlı müzakirələr aparmışıq. Ancaq müzakirələr haqqında xüsusi bir şey demək istəməzdim. Hesab edirəm ki, indi falçılığa ehtiyac yoxdur, çünki AXCP ilə Müsavatın münasibətləri normal səviyyədədir. - DUİ-nin təmsilçisi Mirmahmud Mirəlioğlunun Qorbaçovla bağlı dediklərini sərt tənqid etmisiniz. Amma indi KXCP sədri ilə müttəfiqilikdən danışırsız. Etiraf edək ki, o Qorbaçovla bağlı dediklərinə görə reputasiyasına böyük zərbə vurdu… - Mən istəməzdim ki, kimliyindən asılı olmayaraq demokratik düşərgəyə mənsub olan şəxslər haqqında bu tipli ifadələr işlədilsin. Ancaq düşünmürəm ki, biz bu məsələni Azərbaycan müxalifətinin birliyi yolunda baryer kimi şişirtməliyik. - Hər iki partiyanınt rəhbərliyində, eləcə də orta eşalonda birləşməni təqdir edən minlərlə insan var. Açıqlamalarınızldan görünür ki, birləşmə məsələsində tərəddüt edirsiniz. Bunu nə ilə izah edərsiniz? - İki partiyanın birləşməsi təklifi zaman-zaman ortaya çıxıb. Bu barədə təklifi illər əvvəl İsa Qəmbər irəli sürüb. Həmin vaxt AXCP sədri Əbülfəz Elçibəy bu düşərgədə iki partiyanın həm rəqib, həm də müttəfiq kimi fəaliyyət göstərməsinin daha əhəmiyyətli olduğu formulunu irəli sürərək bu istiqamətdə birləşmə müzakirələrinin aparılmasının tez olduğunu bildirdi. Müxtəlif dövrlərdə bu təklif müxtəlif şəxslər tərəfindən də irəli sürülüb. Nəhayət sonda belə bir təklif Müsavat başqanı İsa Qəmbər tərəfindən səsləndirildi. Mən düşünürəm ki, biz bu prosesi tədricən aparmalıyıq, seçki kampaniyası dövründə əməkdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşməsinə nail olmalı, qarşılıqlı etimad mühiti yaratmalıyıq. Şərait yaranarsa Elçibəy-Rəsulzadə yolunda olan qüvvələrin - AXCP, KXCP, Müsavat və digər qüvvələrin bir partiyada birləşməsi məsələsinin müzakirəsinə başlanması mümkün ola bilər. Bu, İsa Qəmbərin təklifidir, hələlik buna AXCP və Müsavatdan müsbət cavab gəlib. Müsavatda bu məsələ müzakirə edilməyib. Partiyada bu təklifə müsbət yanaşan şəxslər var və onlar mövqelərini mətbuatda açıqlayıblar. Onlardan biri də mənəm. KXCP və Elçibəy-Rəsulzadə yolunda olduğunu hesab etdiyimiz digər partiyalar hələlik bu təkliflə bağlı cavab verməyiblər. Hesab edirəm ki, biz indi diqqəti super partiyanın yaradılması məsələsinə yox, seçki kampaniyası dövründə super blokun yaradılması məsələsi üzərinə kökləməliyik. Seçkidən sonra bu təşkilatların bir araya gəlməsi məsələsi barədə addımlar atmaq olar və İsa Qəmbər də təklifi bu formada açıqlayıb. - Siz Arif Hacılı olaraq AXCP - Müsavat birliyinin yaranmasında tərəddüt etmirsiniz ki? - Siz bu sualı bir dəfə verdiniz. Məndə ona dolğun və ətraflı cavab verdim. Əgər bu cavab sizi qane etmədisə, bu mənim problemim deyil. - Siz cavabda daha çox İsa Qəmbərin fikirlərinə istinad etdiniz. Öz mövqeyiniz, tərəddüt edib-etmədiyinizlə bağlı bir söz demədiniz. Mən istəyirəm ki, sizin mövqeyinizlə tanış olum... - Mən bu təklifin tərəfdarıyam. Hesab edirəm ki, təklifin həyata keçirilməsinə çox ciddi tövhələr verə bilərəm. Bu məsələlər bir çox siyasətçilərdən, o cümlədən məndən də asılı olacaq. Mən bu istiqamətdə öz məsuliyyətimi dərk edirəm. - İsa Qəmbər seçkidən sonra başqanlıqdan gedəcək. Siz Müsavatda başqanlığa real namizədlərdən birisiz. AXCP ilə Müsavatın super partiyada birləşməsi iddialarınızla ziddiyət təşkil etmir ki? - Bəyan edirəm ki, Müsavat Partiyası başqanlığına iddiamın olub-olmaması barədə fikrimi qurultay ərəfəsində bildirəcəyəm. Bu sadəcə olaraq seçki texnologiyası deyil. Mən qurultay ərəfəsindəki dövrü, siyasi şəraiti təhlil etdikdən sonra qərar qəbul edəcəyəm. Hesab etsəm ki, mənim namizədliyimin irəli sürülməsi Azərbaycan cəmiyyətinin, eləcə də Müsavatın mənafeyinə uyğundur, buna gedəcəyəm. Yox, əgər görsəm ki, namizədliyimin irəli sürülməsi cəmiyyətə və demokratik qüvvələrin maraqlarına uyğun deyil, bu zaman namizəd olmayacağam. Mənim üçün siyasi karyera məsələsi hansısa bir təşkilatın rəhbəri, o cümlədən Müsavatın başqanı kimi ən yüksək sayılan siyasi vəzifəyə nail olmağım deyil. Hesab edirəm ki, biz Azərbaycanda əsaslı, köklü dəyişikliklərə nail olmalıyıq. Siyasi karyeramın uğuru onu hesab edəcəyəm ki, ölkədə demokratik dəyişikliklər baş versin, avtoritar rejim hakimiyyətdən kənarlaşdırılsın, demokratik qüvvələr hakimiyyətə gəlsin. Bunun üçün mənim başqan olmağım lazım olacaqsa, başqanlığa namizədliyimi irəli sürəcəyəm. Yox, əgər bu məqsədlərə çatmaq üçün mənim sıra nəfərim olmağım lazım olsa, o cür fəaliyyət göstərəcəyəm. Mənim siyasi karyeramda belə bir hal bir dəfə baş verib. 1992-ci ildə mən AXC Ali Məclisinin sədri vəzifəsindən uzaqlaşıb Müsavat Partiyasının sıravi üzvü kimi fəaliyyətə keçmişəm. Çünki hesab edirdim ki, AXC Ali Məclisinin sədri olmağımdansa Müsavatın sıravi üzvü olmağım cəmiyyətin maraqlarına daha uyğundur. Nemət Oxunub: 159 dəfə. |


















