|
|
![]() | Medevdev Bakıda kortejini 3 milyona sığortalatdırıb |
![]() | Mərkəzi Bank hara köçürülür? |
![]() | Novruz Məmmədov hələ də AMİP- üzvüdür |
![]() | YAP-ın qorxulu sirri… |
| Bahəddin Həziyev Siyasi təbiətin problemləri | ![]() |
| Elçin Rüstəmli Qarabağ razılaşmasının pərdəarxası | ![]() |
| Müşfiq TOFİQOĞLU Azərbaycanı iqtisadi böhran hədələyir | ![]() |
| Pərviz Həşimli Müfəttişlər və inəklər | ![]() |
| Məmməd Süleymanov Afrika və biz | ![]() |
| Gülnarə RƏFİQ Bir ovuc torpaq həsrəti | ![]() |
| Hüseyn BAKUVİ Hakimiyyət magiyası | ![]() |
| Həmid HERISÇİ HAUSXOFFERİN QÖVSÜ | ![]() |
| Ramin Əli Yaxşı xəbər | ![]() |
| Seymur Əlioğlu Saxta və təmiz söhbət | ![]() |
| Aynur ELGÜNƏŞ “Sən tək deyilsən”, Hadı müəllim! | ![]() |
| İlyas ISMAYILOV İftixar hissi yaradan tarix | ![]() |
| Elxan HƏSƏNLİ Şimal cəbhəsi | ![]() |
29 -07 -2010 . «Mavi Mərmərə» olayında üçüncü qüvvənin əli görünür»
Azərbaycanlı tədqiqatçı İsrail və Türkiyədə apardığı araşdırmalarla bağıl «Bizim Yol»a danışıb İqar Altay: « İsraildə xarici işlər naziri ilə görüşmək daha asandır, nəinki yaralanmış əsgərlə…»
- İlqar bəy, səfəriniz necə keçdi? «Mavi Mərmərə» gəmisi ilə bağlı müstəqil araşdırma imkanınız oldumu? - Öncə Türkiyə və İsrailin Bakıdakı səfirliklərinə bu missiyaya yaşıl işıq yandırdıqları üçün təşəkkür edirəm. Hər iki ölkə bu məsələyə öz milli maraqları səviyyəsinlə yanaşır. Buna baxmayaraq, məsələnin obyektiv araşdırılmasına, icimai marağa və mətbuata olan hörmət səfirliklərdən necə başlandısa, həmin ölkələrin daxilində də davam etdi. Bu iki ölkənin təhlükəsizlik baxımından öz xüsusiyyətləri var. Araşdırma üçün lazımi informasiya əldə edilməsi də elə aparıldı ki, bu dövlətlərin maraqlarına toxunulmasın. - Türkiyə və İsraildə hansı işləri görə bildiniz? Bu kiçik hadisə deyil və ziddiyyətli məqamlar və yəqin ki, təhqiqat obektləri də çox olmalıdır. - Qısa zamanda çox iş gördük. Bizim araşdırmamızın xüsusiyyəti belədir ki, müayinə dairəsi çox böyükdür. Bura ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti üzvləri, onların fikirləri, bu işin istintaqını aparan rəsmi orqanlar, hadisə zamanı yaralananlar, ölənlərin ailə üzvləri, şahidlərlə sorğulu söhbətlər, hadisə yerinə, silah və alətlərə baxış, əlaqədar ekspertiza rəyləri, sənədlərlə tanışlıq və s. aiddir. Ancaq ölkələr və onların təhlükəsizlik sistemləri fərqlidirlər. Ona görə, birisində istintaq aparan icraçı prokurorla rahat görüşüb xeyli məlumatlar əldə edə bilirsən, ancaq hökumət üzvlərindən fikir öyrənmək çətin olur. Digərində xarici işlər naziri ilə görüşmək daha mümkündür, nəinki yaralanmış əsgər ilə. İsraildə Parlament rəhbərliyini təmsil edən tanınmış deputat bildirdi ki, hətta ona əsgərlə görüşməyə icazə verməyiblər. Çünki həmin əsgərlər məxvi xidmət sahəsinə aiddirlər və hələ bərpa sağalma dövrü keçirlər. - Səfər zamanı apardığınız iş müəyyən rəyə gəlmək üçün kifayət etdimi? - Tam kifayətedici olmadı, təbii ki. Məsələn Türkiyə tərəfdən yaralı və ölənlərin tibbi ekspertiza rəyləri, güllələrin ballistik ekpertiza rəyləri hələ hazır deyil. İsrail tərəfdən istintaq başa çatmayıb deyə, onların istintaq komissiyasının üzvləri ilə görüşmək mümkün olmadı. Gəmiyə istintaq altında olduğu üçün baxış keçirə bilmədik. Düzdür, hər iki tərəf mənə bu məsələ barədə öz fakt və sübutlarını, informasiyalarını təqdim etdilər. Ancaq bütün bunlar yalnız ilkin nəticələrə gəlmək üçün kifayət edə bilər. - Tərəf deyəndə hər iki hökuməti nəzərdə tutursunuz yoxsa… - Xeyr, insident iki hökumət arasında baş verməyib. Tərəfin birisi Qəzzaya gedən gəmi karvanını təşkil edib, baş qərargahı İstanbulda yerləşən İHH-İnsan Haqları Hüriyyətidir. Bu bir ictimai əsaslarda yaradılmış təşkilatdır. Mən bir neçə dəfə onların ofisində oldum, rəhbərləri ilə görüşdüm. Çox güclü, imkanlı təşkilatdır və Türkiyə hökumətinə bağlı deyil. Təsəvvür edin ki, bu ilin mart ayında xüsusi olaraq bu yürüş üçün 1 milyon dollara «Mavi Mərmərə» gəmisini alıblar. Bir çox xarici ölkələrdə nümayəndəlikləri, istinad nöqtələri var. Digər tərəf isə, İsrail Hərbi Kommandosudur ki, bu da təbii ki, İsrail hökumətinə balğıdır. Yəni çəkişmə İHH ilə İsrail hökuməti arasındadır. Ona görə də məhz bu qurumlar mənə öz dəlil sübutlarını göstərdilər. Türkiyə hökuməti isə, istər-istəməz münaqişə üzvünə çevirilib. Çünki Türkiyə vətəndaşları ölüb və yaralanıb, onlara sahib çıxır, gəmi də Türkiyənindir. - «Mavi Mərmərə» İnsident ilə bağlı müəyyən fikirləriniz yəqin ki, formalaşmamış deyil. Qısa da olsa, bilmək maraqlı olardı. - Mənim ilkin qənaətim belədir ki, «Qəzzaya yardım» missiyası qanlı toqquşma ilə başa çatmamalı idi. Ekspert kimi hər şeyi analiz etdikdə onun qanla bitmə versiyası 10-nun 1-ə və hətta 20-nin 1-ə nisbətində olmalı idi. Tamamilə məntiqi əsası olmayan lazımsız bir insidentdir. Hadisələrin ən pis və uğursuz variantda inkişafı belə bir gözlənilməz qanlı toqquşmaya gətirib çıxarıb. Araşdırmanın elə ilk detalları göstərir ki, nə aktivistlər, nə də əsgərlər qan tökmək, bir-birini məhv etmək məqsədində olmayıblar. Onlar hər birisi qarşı tərəfin belə sərt davranışını gözləmirmiş. Qanlı olaydan əvvəl axşam saat 22.30-dan gecə 4.30-a kimi, 6 saat Aralıq dənizinin sularında, qaranlıq gecədə bunlar bir-birini müşahidə və təqib şəraitində üzüblər. Bu müddətdə hər iki tərəf öz hökumətlərinə və bütün dünyaya xəbərlər göndəriblər ki, belə bir vəziyyət yaranıb, nə edək? Gözləyiblər ki, yəqin hansısa bir siyasi qərar verilər və bu gərgin qarşıdurma vəziyyəti dayandırılar, çarə tapılar. 6 saat gecə qaranlığında, belə dəhşətli, yüksək psixoloji-emosional gərginlik şəraitində onların əsəbləri tarıma çəkilib. - Belə çıxır ki, bu toqquşmanın qarşısı digər müxtəlif vasitələrlə alına bilərdi. - Hadisə qəfildən bir neçə dəqiqənin içində baş verməyib Bu hadisənin qarşısı hələ bir neçə ay öncə başlanğıcından və ən azı həmin son 6 saat dövründə alına bilərdi. Əgər Türkiyə-İsrail hökumətləri arasında son dövrlərdə yaranmış soyuqluq olmasaydı… BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO, Ərəb Ölkələri Liqası kimi təşkilatlar bu 6 saat müddətində məsuliyyətsizcəsinə susublar. - Baş vermiş hadisənin konkret günahkarları barədə nə deyə bilərsiniz? Elmar Oxunub: 151 dəfə. |


















