|
|
![]() | Medevdev Bakıda kortejini 3 milyona sığortalatdırıb |
![]() | Mərkəzi Bank hara köçürülür? |
![]() | Novruz Məmmədov hələ də AMİP- üzvüdür |
![]() | YAP-ın qorxulu sirri… |
| Bahəddin Həziyev Siyasi təbiətin problemləri | ![]() |
| Elçin Rüstəmli Qarabağ razılaşmasının pərdəarxası | ![]() |
| Müşfiq TOFİQOĞLU Azərbaycanı iqtisadi böhran hədələyir | ![]() |
| Pərviz Həşimli Müfəttişlər və inəklər | ![]() |
| Məmməd Süleymanov Afrika və biz | ![]() |
| Gülnarə RƏFİQ Bir ovuc torpaq həsrəti | ![]() |
| Hüseyn BAKUVİ Hakimiyyət magiyası | ![]() |
| Həmid HERISÇİ HAUSXOFFERİN QÖVSÜ | ![]() |
| Ramin Əli Yaxşı xəbər | ![]() |
| Seymur Əlioğlu Saxta və təmiz söhbət | ![]() |
| Aynur ELGÜNƏŞ “Sən tək deyilsən”, Hadı müəllim! | ![]() |
| İlyas ISMAYILOV İftixar hissi yaradan tarix | ![]() |
| Elxan HƏSƏNLİ Şimal cəbhəsi | ![]() |
29 -07 -2010 . ACP hələ də qərarsızdır
Partiya seçkilərlə bağlı qərarını avqustda açıqlayacaq Açıq Cəmiyyət Partiyası (ACP) bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı qərarını Ali Məclisin avqust ayına təyin olunmuş iclasında qəbul edəcək. Partiya sədrinin müavini Nizami Məmmədov APA-ya bildirib ki, iclasda partiyanın namizədlər siyahısı təsdiq olunacaq. O, ACP dövlət qeydiyyatına alınmadığı üçün üzvlərin seçkiyə bitərəf namizəd kimi qatılacağını qeyd edib: “Ümumiyyətlə, Azərbaycanda majoritar seçki sistemi mövcuddur və seçkilərdə fərdlər iştirak edir. Ona görə də əslində seçkilərdə partiya şəklində iştirak mexanizmi yoxdur. Hazırda partiyada seçkiyə hazırlıq işləri aparılır və avqustun sonunda namizədlərimiz açıqlanacaq”. N. Məmmədov seçkiyə qatılacaq namizədlərin sayının hələlik bəlli olmadığını deyib. ACP lideri Rəsul Quliyevin seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyinə gəldikdə, N. Məmmədov bunun eks-spikerin özündən asılı olduğunu deyib: “Hələlik Rəsul Quliyevin belə bir qərarı yoxdur”. Oxunub: 70 dəfə. |


















