29 -07 -2010 . Dəmir barmaqlıqlar ləğv edilcək
Ağır Cəza Məhkəməsi Qərb standartlarına müraciət edir
İradə Cavadova: «Təqsirləndirilən şəxsin vəkilin yanında əyləşməsi çox vacibdir»
Sovet dönəmində cinayət törədən şəxsləri məhkəmə zallarında dəmirbarmaqlıqlar arxasında, qolları qandallı saxlayırdılar. Rejim dağılsa da, bir çox ənənələr kimi onlar da saxlanılıb. MDB ölkələrində bu metoddan yalnız Azərbaycan məhkəmələrində istifadə edilir. Azərbaycan höküməti 2001-ci ildə Avropa Şurasına üzv qəbul oluanrəkn üzərinə bir sıra öhdəliklər götürmüşdü. Məhkəmələrdə islahatların aparılması, onların müstəqil fəaliyyətinə şərait yaradılması da Azərbaycanın həll edəcəyi problemlər sırasında idi. Amma bəlli olduğu kimi bu öhdəliklərin heç biri yerinə yetirilməyib. Hazırda məhkəmənin hökmü olmamış saxlanılan şəxslərin qollarına qandal vuraraq, barmaqlıqlar arxasında saxlayaraq onların barəsində ictimayyət arasında cinayətkar rəyi yaradırlar. Bu isə Avropa Konvensiyasının tələblərinə zidddir. Avropa ölkələrində mühakimə olunan şəxsi dəmirbarmaqlıqlar arxasına salmırlar. İlk dəfə Eynulla Fətullayevin məhkəməsində hakimin təşəbbüsü ilə baş redaktor qandalsız, vəkilin yanında əyləşidirilib. O zaman əyani şəkildə nümayiş olundu ki, məhkumun bu vəziyyətdə ifadə verməsi məhkəmənin işini pozmur. Azərbaycan hüqüq-mühafizə sistemi sovet ənənəsini niyə yaşadır? Hüquqşünas İradə Cavadova deyir ki, məhkəmə zallarında olan dəmirbarmaqlıqlar ləğv edilməlidir: “Təqsirləndirilən şəxs zala qandallı daxil olur. Daha sonra onu dəmirbarmaqlıqlar arxasına keçirəndən sonra heç bir qərar olmadan konvoy qandalları həmin şəxsin əlindən açır. Bundan sonra məhkəmə prosesi davam edir. Bizim təcrübədə cinayət işinə bu cür baxmaq mövcuddur. Eynulla Fətullayevin məhkəməsində o vəkilinin yanında əyləşdirilmişdi. Bu çox yaxşı pratikadır və belə də olmalıdır. Onların bir-birlərinə sözləri ola bilər. Bu normal haldır. Təssüf edirəm ki, bu təcrübədən istifadə etmirlər”. Hüquqşünas hesab edir ki, bu cür hallar bəzən istisna olunmalıdır: “Ruhi xəstə kimi görüntü yaradan təqsirləndirilənlər olur. Həmin hallarda hakim hökm çıxararkən öz hüququndan istifadə edərək onun qandallanmasını xahiş edir və iki konvoy da nəzarət edir. Mənim pratikamda belə bir hadisə olmuşdur. Özünü ruhu xəstə kimi təqdim edən təqsirləndirilən şəxs düşünürdü ki, ona məcburi müalicə veriləcək. Lakin məhkəmənin hökmü ilə ona ağır cəza verdilər. Həmin ittiham azyaşlının zorlanması ilə bağlı idi. Əgər konvoy onun yanında dayanmasaydı, həmin şəxs özünü zədələyə bilərdi. Belə halların qarşısının alınması üçün bu tədbirlər görülür”. Qeyd edək ki, sentyabrdan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmələr ləğv ediləcək. Həmin aydan etibarən yeni məhkəmələr, yəni Ağır Cəza Məhkəmələri fəaliyyətə başlayacaq. Bu məhkəmənin iclas zallarında dəmirmbarmaqlıqların olmayacağı bildirilir.
Hacı ZEYNALOV
Oxunub: 115 dəfə.
|