Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . «Brayzanın səfir təyinatı həll edilib»

Leyla Əliyeva: «Amerika Azərbaycanla münasibətləri düzəltmək üçün ciddi addımlar atıb»

Politoloq hesab edir ki, neft pulları Bakıda özündən razılıq hissi yaradıb

Metyu Brayza Azərbaycana səfir göndərilməyə bilər. Hələlik ABŞ Senatı onun namizədliyini təsdiqləməyib. Ötən həftə senatorların suallarını cavablandıran Brayzanın adı avqustun 3-də Xarici Əlaqəlr Komitəsindəki dinləmələr çağırılmayıb. Xatırladaq ki, həmin gün 21 ölkəyə səfir təyinatı ilə bağlı namizədlər sorğu-suala tutulacaq.
Metyu Brayzanın adı niyə o siyahıda yoxdur? Bəlkə ABŞ-dakı erməni lobbsinin ciddi təpkilərindən sonra Senat onun namizədliyini gündəlikdən çıxarıb?
Digər ehtimal isə dövlət katibi Hillari Klintonun Azərbaycana səfərindən sorna rəsmi Bakının ABŞ-la münasibətləri düzəltmək istiqamətində addımlar atmaması ilə bağlıdır. Xatırladaq ki, səfərdən sonra Amerikanın azadlıq istədiyi baş redaktor Eynulla Fətullayev barəsində həbs qərarı çıxarılıb, bloggerlər isə azadlığa buraxılmayıb. Məlum olduğu kimi xanım Klinton Bakıda bir sıra məsələlərin həllini, o cümlədən gənc bloggerlərin azadlığa buraxılmasının vacibliyini bildirmişdi.
Politoloq Leyla Əliyeva hesab edir ki, bu məsələ barədə danışmaq asan deyil. Brayzanın adının siyahıdan çıxarılması onun səfir təyin olunacağına maneənin qalmaması ilə də izah oluna bilər: “Görünən budur ki, Metyu Brayzanın məsələsi müsbət həll edilib. Çünki Klintonun məlum səfəri iki ölkə arasındakı münasibətlər üçün müsbət hal idi. Digər tərəfdən Brayza bir neçə gün əvvəl Senatda ona ünvanlanan bütün suallara ətraflı cavab verdi. Yəni həmin zaman onunla bağlı hansısa ciddi çatışmazlıq olmadı. Hər halda mən Brayzanın adının gündəliyə salınmamasını ciddi problem hesab etmirəm”.
Politoloq deyib ki, əslində bu haqda danışmaq üçün Senat və Dövlət Departamentinin mətbəxinə bələd olmaq lazımdır: «Hesab edirəm ki, Azərbaycana səfir göndərilməsi məsələsi tezliklə həll ediləcək. Azərbaycan indi ABŞ üçün vacib ölkələrdəndir».
Leyla Əliyeva əlavə edib ki, Azərbaycan-Amerika münasibətlərinin yaxşılaşdırılması üçün ciddi addım atılıb, dövlət katibi Hillari Klinton, müdafiə naziri Robert Qeyts Azərbaycana səfərə gəlib. Onun fikrincə, ABŞ tərəfi cəhd edib ki, münasibətlər yoluna qoyulsun: “Biz bilirik ki, Obama hakimiyyətə gələndən sonra münasibətlərdə soyuqluq var idi. Elə Brayzanın Azərbaycana səfir göndərilməsi hansısa problem yaratmayacaq. Brayzanın vasitəsilə münasibətlər əvvəlki duruma gətiriləcək”.
Leyla Əliyeva deyir ki, Azərbaycan tərəfi də münasibətlərin inkişafında maraqlıdır, ancaq bəzi nüanslar var ki, bu da millətçiliklə bağlıdır: “Böyük neft pulları ölkəyə daxil olandan sonra, bu, Azərbaycanda özündən razılıq hissi yaradıb. Hakimiyyət bəzən hesab edir ki, dünyanın mərkəzi elə onun özüdür. Bu səbəbdən hakimiyyətin ABŞ-la münasibətlərin biz düşündüyümüz dərəcədə inkişafında maraqlı olmasını demək doğru olmazdı”.

Nemət




Oxunub: 240 dəfə.