Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Azərbaycan Rusiyadan 300 milyona raket alır

«S-300 PMU-2 “Favorit” zenit-raket kopmleksi İrandan gələn təhlükələrdən müdafiə olunmağa xidmət edəcək

Bakı İrana qarşı irimiqyaslı müharibənin olacağından ehtiyatlanır

Rusiya Azərbaycana 2 divizion S-300 PMU-2 “Favorit” zenit-raket kompleksi satacaq. Lent.az-ın “Vedemosti” qəzetinə istinadən verdiyi məlumata görə, raketlərin qiyməti 300 milyon dollardır.
Qəzet məlumatı müdafiə sənayesi müəssisəsinin top-meneceri və zavodlardan birinin menecerinə istinadən yayıb. Onlar bildiriblər ki, müqavilə ilə bağlı öhdəlik yaxın 2 il ərzində yerinə yetirilə bilər. “Vedemosti” yazır ki, məlumat hələlik rəsmən təsdiq olunmayıb. Həm “Rosoboroneksport”, həm də Azərbaycan rəsmi dairələri şərh verməkdən imtina edib.
Qeyd edək ki, S-300 raketləri hər ölkəyə satılmır. Bir müddət öncə Rusiyanın İrana belə zenit-raket kompleksləri satmaq niyyəti ABŞ-ın kəskin etirazı ilə qarşılanıb. Son nəticədə Rusiya komplekslərin İrana satılmasından imtina edib. Azərbaycan Müdafiə Nazirliyi bu barədə xəbərə münasibət bildirib. Nazirliyin mətbuat xildmətinin rəis müavini  Teymur Abdullayev bildirib ki, Azərbaycan planlı şəkildə ordusu gücləndirir.
“Rosoboroneksport”un nümayəndəsi mövzu ilə bağlı şərh verməkdən imtina edib, Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov isə bu barədə məlumatının olmadığı bildirib.
Rusiya Müdafiə Nazirliyi zabitlərindən birinin nəşrə bildirdiyinə görə, ZRK-nın tədarük olunması çətin ki, Ermənistan-Azərbaycan münasibətlərindəki balansı dəyişsin. Onun sözlərinə görə, nə Ermənistan, nə də ki, Azərbaycanın müasir hücum təyyarələri, səyyar və ballistik raketləri yoxdur. O bildirib ki, C-300 PMU-2 məhz bu sadalananlar üçün nəzərdə tutulub. Zabit hesab edir ki, Bakı bunu əldə etməklə çox güman ki, İran ətrafında vəziyyətin kəskinləşəcəyi təqdirdə gözlənilməz hadisələrdən öz təhlükəsizliyini təmin etmək niyyətindədir.
“Moscow Defense Brief” nəşrinin redaktoru Mixail Barabanovun bildirdiyinə görə, Azərbaycan tərəfindən dəyəri 300 milyon dollardan az olmayan iki C-300 ZRK-nın alınması tək-tək təsadüf edilən hadisədir. “Bu, Rusiya istisna olmaqla bütün tarixləri ərzində keçmiş Sovet respublikaları üçün ən bahalı və ən nadir hallarda təsadüf edilə biləcək yeni hərbi texnika alış-verişi hesab olunur. Lakin əvvəllər köhnə modifikasiyalı C-300 ZRK Belarus və Qazaxıstana ixrac olunub ki, o zaman da bu komplekslərin qiyməti əhəmiyyətli dərəcədə aşağı idi”, - deyə Mixail Barabanov bildirib.




Oxunub: 95 dəfə.