|
|
![]() | Medevdev Bakıda kortejini 3 milyona sığortalatdırıb |
![]() | Mərkəzi Bank hara köçürülür? |
![]() | Novruz Məmmədov hələ də AMİP- üzvüdür |
![]() | YAP-ın qorxulu sirri… |
| Bahəddin Həziyev Siyasi təbiətin problemləri | ![]() |
| Elçin Rüstəmli Qarabağ razılaşmasının pərdəarxası | ![]() |
| Müşfiq TOFİQOĞLU Azərbaycanı iqtisadi böhran hədələyir | ![]() |
| Pərviz Həşimli Müfəttişlər və inəklər | ![]() |
| Məmməd Süleymanov Afrika və biz | ![]() |
| Gülnarə RƏFİQ Bir ovuc torpaq həsrəti | ![]() |
| Hüseyn BAKUVİ Hakimiyyət magiyası | ![]() |
| Həmid HERISÇİ HAUSXOFFERİN QÖVSÜ | ![]() |
| Ramin Əli Yaxşı xəbər | ![]() |
| Seymur Əlioğlu Saxta və təmiz söhbət | ![]() |
| Aynur ELGÜNƏŞ “Sən tək deyilsən”, Hadı müəllim! | ![]() |
| İlyas ISMAYILOV İftixar hissi yaradan tarix | ![]() |
| Elxan HƏSƏNLİ Şimal cəbhəsi | ![]() |
30 -07 -2010 . «Məni döyən bax budur...»
Reportyor qrupu jurnalistlərin döyüldüyü varlılar məhəlləsinə oldu İmarətin sahibi üzə çıxdı və… Ziya Məmmədovun bağ qonşusu olduğunu söylədi
“Məni burada döydülər” “Bizə dedilər ki, qanunsuz şəkil çəkmisiz” Elmin Bədəlov bildirdi ki, çəkilişə tək getməyib, onun yanında başqa jurnalist, “Milli yol” qəzetinin əməkdaşı Anar Gəraylı da olub. O da fiziki təzyiqlə üzləşib. Amma dediyinə görə, daha çox həmkarı döyülüb: “Sonra məlum oldu ki, aparıldığımız ev Ziya Məmmədovundur. Bizə dedilər ki, qanunsuz şəkil çəkmisiz, bura önəmli yerdir, burda terror baş verərsə, külək tərs əsərsə, siz cavabdehsiz. Nəsə, fotoaparatın yaddaş kartını sındırdılar. Sonra da Elminə 20 manat pul verdilər ki, get təzəsini al. Bir də dedilər ki, ərazini çəkdiyiniz üçün sizi altı ay izləyəcəyik, telefonlarınız da dinlənəcək”.. “Burada Rembo yoxdur ki, adam döysün” Jurnalist komandası təxminən yarım saat ərazidə dayansa da, bizi qarşılayan olmadı. Orada heç kimin olmadığını görüb nəqliyyat naziri Ziya Məmmədovun iddia olunan sarayın qapısını döydük ki, jurnalisti döyən qoçular bayıra çıxsınlar. Qapını iki nəfər açdı. Amma fotoaparatlı, kameralı jurnlaistləri görərən kimi qapını daldan bağladılar. Azər Ayxan onlara burada jurnalistin döyüldüyünü deyərək, məsələni aydınlaşdırmağa gəldiyimizi diqqətə çatdırdı. Həmin şəxslər burada heç kimin döyülmədiyini iddia etdilər və bildirdilər ki, burada Rembo yoxdur ki, adam döysün. Lakin jurnalistlər israrla məsələyə aydınlıq gətirilməsini tələb etdilər. Mühafizəçilər bildirdilər ki, bizi arxa tərəfdə qarşılayacaqlar. “Burada jurnalistlər 50 nəfərdir” Bir neçə dəqiqədən sonra dayandığımız bir qrup şəxs tərəfindən mühasirəyə alndı. Əvvəl güman etdik ki, bizi də Elmin Bədəlovun gününə salmaq istəyirlər. Onlar böyüklərinə zəng edib, qapının ağzına 50 jurnalist gəldiyini xəbər verdilər. “Məni döyən budur” Az keçmədi ki, jurnalistlərin olduğu yerə gələn mühafizçilər arasında Elmin Bədəlovu döyənlər də tapıldı. Elmin Bədəlov qara köynəkli oğlanı göstərərək, “bu məni döyüb” deyə bildirdi. Lakin həmin şəxs israrla bildirdi ki, heç kimi döyməyib. Hətta özünü yazıq görkəmdə təqdim edib jurnalistin onu şərlədiyi görüntüsünü yaratmağa çalışdı. Həmin şəxs bildirdi ki, jurnalist 7 metirlik hündürlüyü olan hasara drmaşıb və villanın şəkilini çəkib: “Sizin evə drmaşsalar nə edərsiz? Mən də onu hasardan aşağı saldım və nə üçün ora çıxmasının səbəbini soruşdum. Onu da burada heç kim döyməyib. Hasara drmaşmasının irad tutdum”. “Hasara çıxanı döyərlər” Bu vaxt ora gələn digər mühafizəçilərdən biri Elmin Bədəlovun döyülməsini təsdiq edən ifadələr işlətdi: “Bura hər gün yüzlərlə şəxs gəlir. Onlar hasara çıxırlar? Şəkil çəkməyə gəlib, çəksin. Daha hasara niyə çıxır? Hasara çıxanı döyərlər”. Qeyd edək ki, 7 metr hündürlükdə olan şüşə kimi divara dırmaşmaq ağlabatan deyildi. Villanın sahibi nələr dedi? «Bəs nə üçün polisə xəbər vermədiniz» sualına cavbında mühafizəçilər bildirdilər ki, ərazi polis məntəqəsindən çox uzaqdır. Ona görə də işi özləri həll etmək qərarına gəliblər. Mühafizəçilər həmçinin bu malikanənin hər hansı jurnalistin dediyi kimi məmura deyil, xarici ölkə vətəndaşına məxsus olduğunu bildirdi. Elmin Bədəlov isə israrla qara köynəkdə olan mühafizəçinin onu döydüyünü bildirdi. Bu zaman mühafizəçi dərhal ev sahibinin nömrəsini yığdı və dəstəyi hadisə yerində olan qəzetin redaktoru Azər Ayxana uzatdı. Telefon söhbətindən sonra Azər Ayxan özünü ev sahibi kimi təqdim edən Elçin Quliyev adlı şəxsin əcnəbi deyil azərbaycanlı olduğunu dedi. “Ziya Məmmədovla bağ qonşusuyam” Elçin Quliyev villanın ona məxsus olduğunu bildirib. Azər Ayxan onun dövlət məmuru olub-olmadığın da xəbər aldı, o isə özünü biznesmen kimi təqdim edərək, heç bir dövlət sturukturunda çalışmadığını bildirdi. Həmin şəxs daha sonra qeyd edib ki, nəqliyyat naziri Ziya Məmmədovla qonşudur”. Villanın fəhləsi jurnalistləri savadsız adlandırdı Azər Ayxanla söhbət zamanı həmin şəxs şikayətçi olmamağı xahiş etsə də, redaktor müavini jurnalistin amansızcasına döyən şəxslərin layiqli cəza alacaqlarını bildirdi. Reportyor qrupu geri qayıtmaq ərəfəsində mühafizəçilərin yanında dayanan bir şəxs jurnalistlərə hücum çəkdi. Həmin şəxs təhqiredici ifadələr işlədərək, jurnalistləri savadsız adlandırdı. Öyrəndik ki, o, villada fəhlə işləyir. Polis jurnalistdən izahat aldı Dünən günün sonunda Elmin Bədəlovla yenidən əlaqə saxladıq. Elmin Bədəlov bildirdi ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin rəisinin qəbulunda olublar. Onun sözlərinə görə, bölmə rəsinin iştirakı ilə geniş izahatı alınıb: “Bölmə rəsininə dedim ki, məni döyən şəxsləri göstərsələr tanıyaram. Bununla bağlı izahat aparılacağını da bildirdilər. Eyni zamanda sabah (bu gün red) polis əməkdaşlarının iştirakı ilə hadisə yerində olacağıq. Orada araşdırma aparılacaq”. Hacı ZEYNALOV Oxunub: 424 dəfə. |


















