Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Ömürlük məhkum ölüm ayağındadır

38 gündür aclıq aksiyası keçirən Zaur Həziyev, nə danışa, nə də ayaq üstə dura bilmir

Həbsxana rəhbərliyi göz-görəti insan taleyini məhv edir, hüquq müdafiəçiləri, mətbuat isə susur

Hüquq müdafiəçiləri Zaur Həziyevə işgəncə verilməsini təkzib etdilər

Pentensiar Xidmətin Qobustan Həbsxanasında saxlanılan ömürlük məhkum Zaur Həziyev aclıq aksiyasını davam etdirir. Bu barədə qəzetimizə məlumat verən məhkumun bacısı Tünzalə Həziyeva bildirdi ki, qardaşı həbsxanada ölüm ayağındadır.
Onun sözlərinə görə, dünən qardaşı ilə görüşməyə getsə də, həbsxana rəhbərliyi görüşə icazə verməyib: “Pentensiar xidmətin məsul əməkdaşı İlham müəllim mənə söz vermişdi ki, qardaşımla görüşməyimə şərait yaradılması üçün həbsxananın rəis müavini Namiqlə danışacaq. Məndə buna görə həbsxanaya getdim ki, qaradşımla görüşüm. Qardaşımın 7 övladını da özümlə aparmışdım. Təxminən iki saat biz orda gözlədik. Bu müddətdən sonra Namiq müəllim çıxdı və qardaşımın mənimlə görüşmək istəmədiyini bildirdi. Namiq müəllimlə mübahisə etdim, dedim ki, mənimlə görüşmür, balaları ilə görüşsün. O, dedi ki, Zaur heç kimi görmək istəmir. Qardaşımın səhhətində problem olduğu üçün onun gizlədildiyini dedim. Dedi ki, səhhətində heç bir problem yoxdur, sadəcə olaraq görmək istəmir”.
Tünzalə Həziyeva daha sonra bildirdi ki, həmin vaxt  Penitensiar Sistemə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və qurumun üzvü Çingiz Qənizadə həbsxnaya gəldilər. «Həmin şəxslər Zaur Həziyevlə görüşəndən sonra onunla söhbət ediblər: “Mən onlardan qardaşımın səhhəti ilə maraqlandım. Əlməmməd müəllim də, Çingiz müəllim də qardaşımın vəziyyətinin çox acınacaqlı olduğunu bildirdi. Dedilər ki, 38 gündür bu şəxs aclıq edir, ayağa durası halı yoxdur. Hətta Zaurun məni görmək istədiyini də bildirdilər. Qardaşımın danışa bilmədiyini də dedilər. Zaurun deyilənləri eşidir, özü demək istədiyini isə yazmaqla adama çatdırdığını söylədilər. Belə olan halda qardaşım məni görmək istəmir yox, qardaşımı elə vəziyyətə salıblar ki, məni görə bilmir”.
Tünzalə Həziyeva bildirdi ki, qardaşının bədənində xəsarətlərin olub-olmadığını soruşub: “Dedilər ki, Zaurun qarın nahiyyəsində cızıqlar var. Qardaşımın vəziyyəti necədir, mən bunu öz gözlərimlə görmək istəyirəm”.
Tünzalə Həziyeva qeyd etdi ki, qardaşının həyatı təhlükədədir: “Qardaşım ölüm ayağındadır. Onun hansı vəziyyətdə olmasını görmək mənim üçün vacibdir. Komissiyanın da ora getməsi məqsədlidir. Çünki onlar Zaurda xəsarət olmamasını təsdiq edən akt tərtib edirlər. Sonrada qardaşımın başına bir iş gələndə, yaza bilsinlər ki, öz əcəli ilə ölüb. Bununla bağlı bütün müvafiq qurumlara müracət edəcəm”.
İctimai Komitənin üzvü Çingiz Qənizadə qəzetimizə bildirdi ki, Zaur Həziyevin bədənində hər hansı işgəncə faktı yoxdur. Zaur Həziyev bir aya yaxındır yemək qəbul etməkdən imtina edib: “O, müalicə müəssisəsinə köçürülməsini istəyir. Aclıq aksiyasını dayandırmağı xahiş etsək də, o, aksiyanı müalicə müəssisəsinə köçürüldükdən sonra dayandıracağını söylədi. Bizimlə həbsxanaya gedən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb İdarəsinin iki həkimi onu müayinədən keçirdilər. Səhhəti olduqca ağırdır. Dediyinə görə, ötən ayın 26-dan aclığa başlayıb. Lakin rəsmi olaraq bu ayın 20-dən o, kamerasına qoyulan yeməkdən imtina edib və bu da aktlaşdırılıb”.
Hüquq müdafiəçisi Zaur Həziyevin Müalicə Müəssisinə köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəklərini bildirdi.
Qeyd edək ki, bu olay təəssüf ki, əksər hüqüq müdafiə təşkilatlarının və mətbuat orqanların diqqətini çəkmir. Hamının gözü qarşısında bir insan taleyi məhv olur.
Hacı ZEYNALOV




Oxunub: 79 dəfə.