Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Xan bağına ayrılan 5 milyon yoxa çıxıb?

Gəncədə yerli məmurlar sahibkarlara qan uddurur

Şəhərin abadlaşdırılmasına milyonlar ayrılsa da, təmir işləri biznesmenlərin hesabına aparılır

Qəzetimizdə bir neçə dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə ilə bağlı reportajlar dərc edilib. Hər səfərimizdə bu şəhərin saysız-hesabsız problemlərinə diqqə ayırmağa çalışırq.
«Gəncə qapısı»nı keçib şəhərə daxil olarkən paradoksal mənzərələr bir-birini əvəz edir. Şəhərin mərkəzi küçələri asfaltlanıb, səkilər sahmana salınıb, ticarət mərkəzləri, obyektlər eyni materiallarla üzlənib. Amma mərkəzdən bir addım kənara qoyanda bər-bəzəyi xaraba yollar, yarıuçuq binalar əvəzləyir.
Bakıda olduğu kimi Gəncədə də Heydər Əliyev adına prospekt tez-tez təmirə dayandırılır. Bura çəkilən əsassız xərci digər küçələrin abadlaşdırılmasına yönəltsəydilər səmərəli olardı.
Yolları bərbad durumda olan yaşayış maassivlərindən biri də Gülüstan qəsəbəsidir. Sovet dövründə çəkilmiş asfalt örtüyünün dağılması yolda dərin çuxurlar yaradıb.
Vəzir adlı qəsəbə sakini deyir ki, yolların təmir edilməsi üçün dəfələrlə Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də onları eşidən olmayıb. Sakinlərin şikyətindən sonra problem yerli telekanallarda dəfələrlə işıqlandırılıb. Amma şəhər rəhbərliyi vətəndaşları bu əzabdan qurtarmaq niyyətindən uzaq görünür: «Biz icra başçısından xahiş edirik ki, heç olmasa Heydər Əliyev prospektindən qaşınan asfaltı buraya tökdürsün. Heç təzə asfalt istəmirik».
Gəncənin qədim küçələrindən sayılan Şahsevənlər, Oğuz, Vaqif, R.Əliyev küçələri də eyni vəziyyətdədir. Burada yaşayan sakinlər də yollarının düzəldilməsi üçün İcra Hakimiyyətindən kömək istəsələr də, müsbət cavab ala bilməyiblər.

Xan bağına ayrılan 5 milyon hanı?

Gəncənin Xan bağı Qafqazın və Azərbaycanın ən qədim parklarından biri sayılır. Tarixi mənbələr bu bağın Türk paşası Mehmet Paşa oğlu tərəfindən 1582-ci ildə salındığını yazır. O, Qara dəniz sahilindən, xüsusilə Batumidən hündürlüyü 3-4 metr olan Xamerops palması, Himalay ked-rası, Bambuq ağacı, Yunan qozu, Suriya qızılgülü, Yapon soforası, rozmarina və s. ağac və bəzək kolları gətirdib əkdiribşdi. Həmin bağın inkişafı bilavasitə Gəncə xanlığı - Ziyadxan oğulları və daha sonra Cavadxan Ziyad oğlunun adı ilə bağlıdır. Xan vaxtı ilə Gəncə ətrafında olan qalın meşəliyin səfalı bir guşəsində istirahət bağı salmaq fikrinə düşür. Odur ki, park XVII əsrdə keçmiş Gəncə şəhərinin Xan sarayının yanındakı meşəlikdə salınmışdır.
Bu parkın yenidən qurulması və təmiri üçün ölkə başçısı İlham Əliyevin fərmanı ilə 5 milyon manat pul ayrılıb.
Parkda olarkən istirahət məkanının tamamilə dağıdıldığının şahidi olduq. Şahidlərin sözlərinə görə, bir neçə ay əvvəl parkda söküntü işləri aparılsa da, təmir işləri hələ başlamayıb. Bunun səbəbi ilə bağlı müxtəlif şayələr yaranıb. Yayılan xəbərlərə görə parkda yenidənqurma işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılan 5 milyon manat şəhrin büdcəsinə köçürülməyib. Məhz buna görə də şəhər icra hakimiyyətinin rəhbərliyi parkda fəaliyyət göstərən restoran və çay evlərini yenidən başqa adamlara satıb.

Parkdakı obyektlərdən 150 min manat istənilir

Parkda olarkən orada müasir çay evlərindən birinin söküldüyünü gördük. Həmin obyektin sahibi ilə söhbətləşmək istəsək də o, bizimlə ünsiyyətə girməkdən çəkindi.
 «Bu söküntüyə görə, sizə kompensassiya verilibmi» sualımıza obyekt sahibi belə cavab verdi: «Verməyiblər, amma deyilənə görə verəcəklər».
Adının çəkilməsini istəməyən başqa bir sahibkarın dediyinə görə, icra hakimiyyəti ondan 150 min manat tələb edir: «Ya 150 min manat verməliyəm ki, obyektimi yenidən tikim, ya da başqa adamlara satacaqlar».


İcra başçısı Abutalıbovun yolunu gedir

Parkda bir neçə yüz yaşı olan ağaclar kəsilib. Səbəb isə nadir ağacları kəsib yerində fontan tikməkdir.  Pakın bir neçə yerində bu məqsəd üçün ağazlar kökündən qoparmışdılar.
Bu dəfə də şəhərdəki sahibkarlar İcra Hakimiyyətindən bizə şikayətləndilər. Sahibkarların dediklərinə görə, Gəncədə yolkənarı evlərin və obyektlərin fasadlarına «alkopan» üzlük çəkilir: «Şəhərin abadlaşdırılması üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. Lakin şəhər rəhbərliyi abadlıq işlərinə ayrılan pulu mənimsəyir. İşlər isə sahibkarların hesabına aparılır. Hazırda Heydər Əliyev prospektində yerləşən obyektlərin üzünə məcburi qaydada «alkopan» vurdururlar. Sahbkarların sözlərinə görə icra başçısı Eldar Əzizov başda olmaqla məmurlar abadlıq işlərindən ikiqat qazanır: «Obyektlərə \"alkopan\" icra başçısına yaxın olan şirkət tərəfindən vurlur. Şirkət «alkopan»ın kvadratını 70 manata, şüşəli yerlərin kvadratını 120 manata quraşdırır. Halbuki başqa ustalar «alkopan» üzlüyü 45 manata, şüşəli yerləri isə 50 manata qurur. İndi səkilərə daş döşəyirlər. 1 kvadratmetr daş döşəmək üçün sahibkarlardan 24 manat pul tələb olunur. Bundan əlavə reklam löhvhələrini də icra başçısının şirkəti qurmalıdır. Hər reklam lövhəsinə görə sahibkarlardan 3500 manat tələb olunur.
İcra başçısının müavini Şahmalı Cavadov onların tələbinə əməl etməyən sahibkarı cəzalandırır. Şahmalının göstərişi ilə onlar polisə aparılır, obyekti isə bağlanır.

Pərviz Həşimli




Oxunub: 93 dəfə.