Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Külli miqdarda saxta «zapçast» tutuldu

Sahibkara 4 min manat cərimə kəsilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları fiziki şəxs Vüqar Mürsəliyevə məxsus Bakı şəhəri, Z.Bünyadov prospekti,38 ünvanında yerləşən mağazada təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədləri olmayan külli miqdarda avtomobil ehtiyat hissələri aşkarlayıb. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı müəyyən olunub ki, Avropa mənşəli adı ilə mağazada satılan malların mənşəyini təsdiq edən sənədləri yoxdur və keyfiyyət göstəriciləri normativ sənədlərin tələbinə uyğun deyil.
 Lakin V.Mürsəliyev dövlət müfəttişlərinin məcburi göstərişlərini yerinə yetirmədən malların satışını davam etdirib.
V.F.Mürsəliyev barəsində inzibati xəta haqqında protokol tərtib olunub və o, 4 min manat məbləğində cərimə edilib. İnzibati xəta haqqında iş üzrə icraat başlanıb və bu barədə məlumatlar Dövlət Gömrük Komitəsinə göndərilib.




Oxunub: 66 dəfə.