Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . “Coca-Cola İçecek” yatırımını 100 milyona çatdırdı

Zəfər Çağlayan şirkətin yeni məhsulun təqdimat mərasiminə qatıldı

Azərbaycandakı ən böyük türk yatırımlarından biri olan “Coca-Cola İçecek” şirkətinin Bakıdakı ofisini ziyarət edən Xarici Ticarət naziri Zəfər Çağlayan yeni məhsulun təqdimat mərasimində iştirak etdi. Azərbaycandakı ən böyük türk yatırımlarından biri olan “Coca-Cola İçecek”  şirkətinin illik istehsal gücü 300 milyon litrədir. Şirkət 100 milyon dollarlıq yatırımla Azərbaycandakı ən böyük yatırımlardan biridir.
Zəfər Çağlayanla birlikdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc və digər yüksək vəzifəli məmurlar da “Coca-Cola İçecek” şirkətinin Bakı ofisini ziyarət ediblər.
Mərkəzi Türkiyə olmaqla, Pakistan, Orta Asiya və Orta Şərqin 10 ölkəsində 20 fabriklə 350 milyon insana xidmət etdiklərini bildirən “Coca-Cola İçecek” Beynəlxalq Əməliyyatlar Rəhbəri Hüseyn Akın: “Azərbaycanla aramızda tarixi kökləri olan dostluq əlaqələri vardır. Bu dostluğu uğurlu yatırımlarla biznes dünyasına da daşıyaraq daha da gücləndirməyə çalışırıq. Keçmişdən gələn dostluğumuz bu yatırımlarla daha güclü olacaq” - dedi. Akın, eyni zamanda, Türkiyədəki fabriklərdə reallaşdırılan uğurlu layihələrin fəaliyyət göstərdikləri digər ölkələrdə də istehsal müddətinə uyğunlaşdırıldığını bildirdi.
Orta Asiyanın ən inkişaf etmiş ölkələrində fəaliyyət göstərdiklərini vurğulayan Coca-Cola Azərbaycanın baş müdiri Lisani Atasayan qeyd etdi ki, neft sektoru xaricində Azərbaycandakı ən böyük sərmayəçilərdən biriyik. İnkişaf edən Azərbaycan iqtisadiyyatına və bazarın tələblərinə uyğun olaraq yatırımlarımızı davam etdiririk. “Hörmətli Çağlayanı Coca-Cola Bakı fabrikinin yaradılmasının 15-ci ildönümündə burada görməyimizdən çox şadıq.  Öz sektorumuzda və bütün sənayedə birinci olmağa davam edirik. 2008-ci ildə ISO 14001,  2009-ci ildə İSO 18001 və İSO 22001  sertifikatlarını alan Bakı fabrikimizlə də Azərbaycanda ilkə imza atmışdıq” deyən L.Atasayan bütün dünyada fəaliyyət göstərən Coca-Cola fabrikləri arasında yüksək keyfiyyət standartarına uyğunluqda birincilərdən olan Bakı fabrikində standartların daim inkişaf etdirildiyini vurğuladı.
 “Coca-Cola İçəcək” şirkəti 1994-cü ildə qurulub və Azərbaycanda The Coca-Cola Company markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsal, satış və yayımını gerçəkləşdirən “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətində 99,86% paya sahibdir.




Oxunub: 72 dəfə.