Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Sosinternin baş katibi Araz Əlizadə ilə görüşdü

Azərbaycanda səfərdə olan Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) rəhbərliyi ilə görüş keçirib.

ASDP sədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, partiyanın qərargahında keçirilən görüşdə ASDP ilə Sosialist İnternasionalın əlaqələri, partiyanın bu ittifaqda fəaliyyəti və perspektivləri, bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri, Dağlıq Qarabağ münaqişəsi və Sosinterinin Azərbaycanda keçirəcəyi beynəlxalq konfranslarla bağlı müzakirələr aparılıb. A. Əlizadə bildirib ki, L. Ayalanın səfəri bir neçə gün davam edəcək və sabah o, xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.




Oxunub: 55 dəfə.