Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Dünyanın yox olacağı tarix açıqlandı

2182-ci ildə nəhəng asteroid Yerlə toqquşa bilər

ABŞ və İspaniya alimləri bütün dünyanı qorxudan xəbərdarlıqla çıxış ediblər. Lent.az-ın “Icarus” jurnalına istinadən verdiyi məlumata görə, alimlərin “1999 RQ36” adı verdikləri nəhəng asteroid 2182-ci il sentyabrın 24-də Yer kürəsinin atmosferinə daxil olacaq və 1/1000 ehtimalla Yer kürəsinə çarpıla bilər.
1999-cu ildə kəşf edilən nəhəng asteroidin diametri 550 metrdir. Alimlər bildiriblər ki, bu böyüklükdə asteroid dünyamızla toqquşarsa, bütün canlılar yox olma təhlükəsi ilə üzləşəcəklər. Bu nəhəng asteroidi müxtəlif yollarla Yer kürəsindən yan keçirmək üçün ən azı 100 il əvvəl hərəkətə keçmək lazımdır. Gecikmə olarsa, bu təhlükəni sovuşdurmaq üçün daha böyük layihə və maliyyə lazımdır.
Astronomlar “1999 RQ36” Yer kürəsinə 2036-cı ildə çarpma ehtimalı olan “Apophis”’ asteroidi ilə müqayisədə dünyanı yox etməsi ehtimalının daha yüksək olduğunu vurğulayıblar. 20 milyon ton ağırlıqda və diametri 300 metr olan “Apophis” 2029-cu ildə Yer kürəsindən 32 min kilometr uzaqlıqdan keçəcək. Orbitinə uyğun olaraq yenidən Yer kürəsinə istiqamətlənəcək asteroid 13 aprel 2036-cı ildə planetimizlə toqquşacaq. Ancaq “Apophis”in həmin gün Yer kürəsi ilə toqquşma ehtimalı 250 mində birdir. Yəni “Apophis”un planetimizi yox etmə ehtimalı “1999 RQ36” ilə müqayisədə daha azdır.




Oxunub: 175 dəfə.